Saat:21:22
Haqqımızda

"Mən əzrayılam, canını almağa gəlmişəm" deyib 5 minini aldı

2025-05-17 20:32:37

Türkiyəlinin Kocaeli rayonunda illər əvvəl baş vermiş dələduzluq hadisəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Adı açıqlanmayan şəxs 2015-ci ildə əzrayıl kimi görünmək üçün xüsusi paltar geyinərək baytar həkim S.H-ni aldadıb.

Belə ki, qara paltar geyinərək baytar klinikasına daxil olan kişi boğuq səslə danışmağa başlayıb.

“Mən əzrayılam, canını almağa gəlmişəm, amma günahın çoxdur. Dərhal kəfarətini ödə”, - deyə dələduz baytar həkimə söyləyib.
Dələduz şəxsə həmin anda tanışı K. M köməklik edib. 
Özünü əzrayıl kimi təqdim edən şəxs S.H-yə birazdan binanın yuxarı mərtəbəsinə birinin çıxacağını və kəfarətini ona verməyini istəyib.
5 dəqiqə sonra klinikaya gələn digər dələduz üst mərtəbəyə çıxmaq istəyib. 

Həmin şəxsi qapıda görərək dayandıran baytar əzrail hesab etdiyi şəxsi K.M-ya göstərərək “məndən pul istəyir, kömək edə bilərsənmi?” deyə soruşub.

K.M isə “hansı adam, burada bizdən başqa heç kim yoxdur” deyərək baytarı çaşdırıb. 

2015-ci ildə baş verən bu hadisədə panikaya düşən baytar həmin dövdə dəyəri 5000 lirə olan qızılı dələduzlara verib. 

Dələduzlar isə qısa müddət sonra yaxalanıb. 

 

\\Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157564