“Mən əziyyətlə uşaq saxlıyıram ki, kimsə onu döysün?!” – ASTARA SAKİNİ MƏKTƏB DİREKTORU VƏ MÜƏLLİMDƏN ŞİKAYƏTÇİDİR

2023-02-02 13:27:00

“Mən əziyyətlə uşaq saxlıyıram ki, kimsə onu döysün?!” – ASTARA SAKİNİ MƏKTƏB DİREKTORU VƏ MÜƏLLİMDƏN ŞİKAYƏTÇİDİR

Astara rayon sakini Əli Əliyev Mirsahib oğlu tərəfindən “Hürriyyət” qazetinin redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi Astara rayonunda yerləşən 2 saylı məktəbin direktor və müəllimlərindən narazılıq edir. Deyir ki, məktəbdə qanunsuzluq, ədalətsizlik höküm sürür, bunun qarşısını alan yoxdur:

“Mən, Əli Əliyev Mirsahib oğlu, yazaraq sizə bildirirəm ki, oğlumun 5 yaşı var, 2 saylı Astara orta məktəbində təhsil alır. Həmin Məktəbdə hazırlığa da qoymuşam. Orada Mehman adlı müəllim qərəzli şəkildə uşağa zülm verir, vurur, söyür, uşaqla düşmən kimi rəftar edir. Mehman müəllim direktordanda betər olub, oyunlar açır başımıza.

Yeni il qabağı müəllimlərə hədiyyə məqsədi ilə pul yığdırdı. Mənim o pulu verməyə imkanım çatmadı. Mehamn müəllimin şəxsən özü ilə də danışdım, dedim ki, imkanım çatmır pul verməyə. İndi də heyfini uşaqdan çıxır.

Dərs çıxışı zamanı uşağı dərsdən götürməyə getdiyim zaman gördüm ki, uşağı vurur. Dəfələrlə iradımı bildirmişəm. Mən bu müəllimlə bacara bilmirəm. Direktor da əhəmiyyət vermir. Sanki bir olub, qan uddururlar insanlara.

Məktəbdə kameralar var, bu müəllim kameranın qarşısında uşağa şiddət göstərir. Başa düşə bilmirəm, direktorla əlbirdir, ya direktor Mehman müəllimdən çəkinirmi, nə məsələdirsə aydınlaşdıra bilmirəm.

Direktora deyirəm ki, ibtidai sinif şagirdi niyə döyülməli, söyülməlidir? Cavab verə bilmir. Həmin müəllimə görə 10 gündən artıqdır ki, uşağı məktəbə qoymuram. Mən əziyyətlə uşaq saxlıyıram ki, kimsə onu döysün?!

Sizin redaksiyadan xahiş edirəm, bu məsələni işıqlandırın, Təhsil Nazirliyindən bəlkə görüb bir tədbir görələr.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142509