“Mən dövlətimdən, Sizdən haqqım olanı istəyirəm” – Qarabağ döyüşçüsü veteran status ala bilməməsindən ŞİKAYƏTÇİDİR / FOTOLAR
Sabirabad rayonu, Suqovuşan kənd sakini Bağırov Rəhman İmran oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezidenti İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mən, Bağırov Rəhman İmran oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 32 ildir veteran statusu ala bilmirəm.
06.10.1992-ci ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Hal-hazırda III qrup əliləm. Ümid yerim yoxdur, hara, kimə müraciət edirəmsə, şikayətimə baxan yoxdur. Məhz bu səbəbdən də mətbuata üz tutmuşam.
Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Ermənilərə işləməmişəm, yəni səhv bir hərəkətim olmayıb. Amma səbəbsiz yerə mənim haqqım olan veteranlığımı vermirlər.
Müdafiə Nazirliyinin arxivindən sənədlərimi götürmüşəm. Nəzərinizə çatdırım ki, Müdafiə Nazirliyi qayda-qanunla işləmir. Mən əlimə silah alıb öz Vətənimi, öz namusumu qorumuşam. Amma illərdir öz vətənimdə Veteran statusu ala bilmirəm. Budurmu, mənim xidmətimin cavabım, mənim haqqım?
Cənab Prezident!
Bəlkə bu yazım da cavabsız qalacaq, amma son ümid yeri kimi Sizə müraciət edirəm. Mən dövlətimdən, Sizdən haqqım olanı istəyirəm. Xahiş edirəm ki, mənə köməklik göstərilməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.