“Mən bu qanunun əleyhinə səs verəcəyəm”

2022-11-23 12:42:00

“Mən bu qanunun əleyhinə səs verəcəyəm”

“Mən bu qanun layihəsinə qarşıyam”.

Hurriyyet.az xəbər verir ki, bunu deputat, REAL partiyasının üzvü Erkin Qədirli Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də qanunun ayrı-ayrı müddəalarının müzakirəsi ilə vaxtınızı almaq istəmirəm. Sadəcə xahiş edirəm ki, protokolda yazılsın ki, bu layihəyə qarşıyam. Plenar iclaslarda da əleyhinə səs verəcəyəm”, - deyə deputat vurğulayıb.

Buna cavab olaraq Milli Məclisin sədr müavini Fəzail İbrahimli deputata bildirib ki, necə fikir bildiribsə, protokola elə də yazılacaq. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.243991