“Mən arxa cərgədə oturmuşdum, görmədim...” - Deputat Talıbovun YAP-ın yubileyində görünməməsindən danışdı

2022-11-22 16:55:00

“Mən arxa cərgədə oturmuşdum, görmədim...” - Deputat Talıbovun YAP-ın yubileyində görünməməsindən danışdı

Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, partiyanın İdarə Heyətinin üzvü Vasif Talıbov, AMEA-nın keçmiş prezidenti, YAP Veteranlar Şurasının üzvü Ramiz Mehdiyev, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və digərləri görünməyib. Bu da mediada və siyasi kluarlarda müzakirələrə səbəb olub.

Bəzi blogerlər sosial şəbəkələrdə yazıblar ki, V.Talıbov yubileyə dəvət edilməyib və hətta bir qədər də irəli gedərək, onun mərasimin keçirildiyi Heydər Əliyev Mərkəzinin girişindən qaytarıldığını da iddia edənlər var. Bəzi mənbələr isə Ali Məclis sədrinin dəvətli olsa da, tədbirdə iştirak etmədiyini, buna səbəb kimi son zamanlar Naxçıvanda baş verən hadisələri göstərirlər. R.Mehdiyevin yubileydə görünməməsini isə onun iqtidar üçün artıq arzuolunmaz şəxslərin sırasında olması ilə əlaqələndirilir.

YAP-çı millət vəkili Aydın Mirzəzadə “AzPolitika.info”ya açıqlamasında yayılan xəbərlərə münasibət bildirib.

“Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biridir, partiyamızın fəaliyyətində yaxından iştirak edir və ona çox bağlı insandır. Mən yubileydə arxa cərgələrdə oturduğuma görə ön sıralarda kimlərin əyləşdiyini görmədim”, - deputat qeyd edib.

A.Mirzəzadə Ramiz Mehdiyevlə bağlı suala cavabında da eyni fikirləri təkrarlayaraq ön sıralardakı şəxslərin kimliyindən xəbərsiz olduğunu vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076382