Saat:03:14
Haqqımızda

"Məmurların şantaj olunması maraqlı qüvvələr tərəfindən həyata keçrilir" - Partiya sədri

2022-08-17 10:22:00

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim videoları böyük rezonans yaradıb.

Ard-arda yayılan intim videoları isə cəmiyyətdə gərginliyi bir qədər də artırıb.
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu sitat.info-ya açıqlamasında bu cür halların dövlətçiliyə zidd olduğunu bildirdi: "Məmurların şantaj olunması bilavasitə maraqlı qüvvələr tərəfindən həyata keçrilir. Bu da iqtidar daxilində qeyri-sağlam rəqabətin olduğunu göstərir. Əksinə baxsaq, bu cür yollarla məmurların işdən çıxarılması ənənəsi dövlətçiliyə ziddir.

Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Əks halda məmurlar bir-brini kompramant toplamaqla məşğul olacaqlar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR