Saat:00:44
Haqqımızda

Məmurlarda istefa mədəniyyəti: Ramin Bayramlı “ənənəni” necə poza bildi...

2021-09-16 10:54:00

Məmurlarda istefa mədəniyyəti: Ramin Bayramlı “ənənəni” necə poza bildi...

Azərbaycanda məmurların istefa vermək mədəniyyəti hələ formalaşmayıb. Bizim ölkədə bir çox hallarda rüşvət və korrupsiyaya görə yüksək rütbəli məmurlar vəzifədən qovulur, bəziləri həbs edilir, həbs edilməyənlərin karyerasına isə son qoyulur. Bu mənada onların özləri haqda yayılan faktlardan və ittihamlardan sonra istefa verməsi, demək olar, rast gəlinməyən haldır. O baxımdan TƏBİB sədri Ramin Bayramlının istefası diqqət çəkir. Necə oldu ki, R.Bayramlı bu “ənənəni” poza bildi?

Son illərdə ərizəsini yazaraq vəzifədən könüllü şəkildə gedən məmur adı yada salmaq belə olmur. Sivil ölkələrdə yüksək çinli məmurların kiçik bir narazılığa görə istefa verməsi normal hal kimi qarşılanırsa, bizdə vəziyyət tam fərqlidir - məktəb direktorundan tutmuş nazirə kimi heç bir vəzifəli şəxs postunu öz xoşuna tərk etmək haqda düşünmür. Əksinə, onlar vəzifə kreslosunu başqasına verməmək üçün canfəşanlıq edirlər.

R.Bayramlıya gəlincə, onlayn media səhifələrində onun istefası ilə bağlı müxtəlif iddialar səslənməkdədir. Amma reallıq budur ki, TƏBİB sədri istefa verən məmurlardan biri kimi tarixə düşdü. Onun atası isə müsahibəsində qeyd edib ki, oğlu ləkələnməmək üçün bu addımı atıb. O, övladının şəffaf fəaliyyət göstərdiyinə inandığını bildirib. Amma R.Bayramlının icazəsiz istefa ərizəsini yazması da ağlabatan görünmür. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a qeyd etdi ki, ümumiyyətlə, Şərqdə istefa mədəniyyəti o qədər inkişaf etməyib. Onun sözlərinə görə, bu ənənə yoxdur və istefa anlayışı Şərq təfəkküründə qaçmaq kimi qəbul olunur: “Amma Azərbaycanın siyasi tarixində elə hallar olub, məsələn, Pənah Hüseyn, İsa Qəmbər, Yaqub Məmmədov istefa veriblər. Amma Ramin Bayramlının istefa verdiyini demək olmaz. Atası müsahibəsində təsdiqləyir ki, oğlu ləkələnmək istəmədiyi üçün qorxub və çəkilib”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Nə qədər ki, vəzifəyə imtiyaz kimi baxılacaq, o vaxta qədər belə davam edəcək”

T.Abbaslının fikrincə, TƏBİB sədri bu istefa ilə gələcəkdə barəsində başlana biləcək cinayət işindən yaxasını indidən qurtarmağa çalışıb: “Amma araşdırma aparılmalıdır, əgər həqiqətən fəaliyyətində qanun pozuntusu, mənimsəmə varsa, istintaq hərəkətləri olmalıdır. Ümumilikdə isə bizdə nə vaxt vəzifə məsuliyyət kimi qavranılacaq, onda məmurlarda istefa mədəniyyəti formalaşacaq. Nə qədər ki, vəzifəyə imtiyaz kimi baxılacaq, o vaxta qədər belə davam edəcək”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan məmurlarında istefa mədəniyyətinin formalaşmasının səbəbini ictimai nəzarətin olmaması ilə əlaqələndirmək lazımdır. Partiya sədri hesab edir ki, məmurlar Prezidentə tabedirlər və onların üzərində başqa bir nəzarət forması yoxdur. Q.Əlibəyli bildirdi ki, bu nöqteyi-nəzərdən məmurlar ictimai nəzarəti saymırlar, mətbuat yazanda hədələyirlər: “Media yazanda məmur jurnalisti məhkəməyə verir, hakimlər də iddianı təmin edir. Məmur da fikirləşir ki, vəziyyətin ağasıdır, kiməsə hesabat vermək məsuliyyətini özündə hiss etmir. Amma istisna istefalar olur”.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: "Terrorçuların guya “hərbi əsir” kimi azad  oluması çağırışları regionda sülh və təhlükəsizliyə ziyan vurur"

Qulamhüseyn Əlibəyli: “TƏBİB sədrinə istefa yazması haqda işarə verildiyini istisna etmirəm”

Partiya sədrinin fikrincə, R.Bayramlının vəzifədən gedişinə bu aspektdən baxmaq lazımdır: “Bu da məcburi ”istefa"dır və könüllü yazılmır. TƏBİB sədrini da bu kateqoriyadan sayıram. Çünki rəğbət qazanmamışdı, fəaliyyətinə görə ən çox tənqid edilənlərdən biri idi. Gördü ki, işin öhdəsindən gələ bilmir, istefa yazdı. Amma ona da istefa yazması haqda işarə verildiyini istisna etmirəm".

Qeyd edək ki, Azərbaycanda indiyədək cəmi bir neçə dəfə yüksək vəzifə sahiblərinin istefası baş verib. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Azərbaycanın müstəqillik dönəmində istefa verən ilk yüksək vəzifəli şəxs olub. O, 1993-cü ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı vaxtilə nazir postundan istefa verib. 1991-ci ildə Ayaz Mütəllibovun hakimiyyəti dövründə mətbuat və informasiya naziri vəzifəsinə təyin olunan S.Rüstəmxanlı 4 ildən sonra 1995-ci ildə Heydər Əliyev iqtidarı zamanı tutduğu vəzifədən istefa verib. 1996-cı il sentyabrın 11-də Azərbaycanı şoka salan daha bir istefa baş verdi. O zaman Milli Məclisin sədri Rəsul Quliyev istefa verdi.

Tofiq Zülfüqarov 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər xarici işlər naziri işləyib. O, 1999-cu ildə öz ərizəsi ilə vəzifəsindən gedib. Eldar Namazov 1993-cü ildən Heydər Əliyev hakimiyyəti zamanı prezidentin katibliyinin rəhbəri vəzifəsində çalışıb. Namazov da Tofiq Zülfüqarov və Vəfa Quluzadə ilə eyni vaxtda könüllü istefa verib. Keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev  öz xoşu ilə məmur postundan gedib. Düzdür, o istefa verməyib, amma...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR