Saat:06:40
Haqqımızda

MƏMURLARA DUA - Şamil yazır

2024-04-11 16:27:12

MƏMURLARA DUA - Şamil yazır

Qardaş, bu başı əmmaməlilərin əlindən xalqımız ayı bir gündə, fitrəni eyni satda çıxardıb, birgə süfrə arxasında oturmasına necə deyərlər tamarzı qalmışdı(İki qardaşın ayrı-ayrı günlərdə bayram keçirdiklərinin azmı şahidi olmuşuq?).
Şükürlər olsun o göydəki gözəgörünməz və yerdəki DTX-nın köməyliyi ilə, nəhayət ki, eyni gündə, eyni saatda bayram keçirməyi bizə qismət elədilər.
Keçən bayramlarda torpaqlarımızın geri qaytarılmasına görə də dua etmişdik, həm də çox. Göydə Allaha, yerdə əsgərimizə.

Xain qonşularının hər birinə öz yerini göstərmiş xalqın xoşbəxt olması üçün deyəsən yenə də nəyisə çatmır axı. Qıraqdan baxan elə başa düşər ki, biz naşükür xalqıq. Əstəğfürullah, əsla elə deyilik. Min kərə şükür, lakin bəzi içimizdən olanlar da nəfslərinə güc gələ bilsə, sizi inandırıram ki, başqa dərdimiz qalmaz. Amma, gərçi, bu iş bir az başqadır. Bu nəfs elə bir şeydir ki, başqası heç zad edə bilməz. Gərəkdir ki, hər kəsən özü edə.

Məsələn, götürək bəzi harınlamış məmurları. Yenə də gərəkdir ki, nəfsinin zəif yerlərini onlar özləri tapa, boğa, öldürə. Ya da ki, qohum-əqrabasını, ata-anasını köməyə çağıra ki, bəs, gəlin əl tutun, mənim nəfsimi öldürək. Bizdə isə əksinə olur. Qohum-əqraba vəzifəyə keçəninin nəfsinə nə deyirsə, bir az da qudurdur. Xülasə, qurtdalasan xalqımızın hər birinin üzvünün iyi dəyəninin yüksək bir vəzifə tutanı var. Deməli, iş hamımıza düşür. Əgər əlimizi-qolumuzu çırmalayıb bu işə girişsək, inanıram ki, öhdəsindən gələrik. O zaman birinin beş ədəd evinin əvəzində hər birimizin evi olar, başqasının beş maşınının əvəzində hər birimizin maşını olar, beşinin süfrəsinin deyil, hamımızın süfrəmiz bol olar, alimlərimiz küçələrə, istedadlılarımızsa başqa ölkələrə atılmaz və sairə və ilaxır. Baxıb görərik ki, çox keçməz, gələn il Ramazan bayramında millətimiz əllərini göyə açıb təkcə Allaha, əsgərimizə, tutduğu vəzifəsinin öhdəsinindən layiqincə gəlməyə çalışan bəzi vəzifə adamlarımıza deyil, hətta bütün məmurlarımıza dua-səna edir.

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.252528