Məmur toy gecəsi arvadını OTELDƏ DÖYDÜ: "Bu mənim işimdir" - FOTO

2023-09-06 00:12:01

Məmur toy gecəsi arvadını OTELDƏ DÖYDÜ:

Orenburq saki toy gecəsi 19 yaşlı arvadını döyüb.

Bu barədə Hurriyyet.az Publika.az-a istinadla xəbər verir.

Nəşrin məlumatına görə, həmin şəxs məmurdur. Belə ki, o Orenburq vilayəti qubernatorunun ofisinin əməkdaşıdır.

Şahidlərdən biri deyib ki, bəy otel otağında gəlini təpikləyib.

Eyni zamanda, o, uca səslə qışqıraraq deyib: "Ona heç nə olmayacaq. İndi mənim arvadımdır. Bu mənim işimdir".

Qız qurtula və qaça bilib. Hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun ağır şok keçirdiyini və depressiyaya düşdüyünü bildiriblər.

Ərin tərəfdən olan qohumlar əmin ediblər ki, gənclər arasında kiçik bir mübahisə yaranıb və hər ikisi də zərər çəkib.

Qeyd edək ki, 19 yaşlı Orenburq sakininin döyülməsi sentyabrın 5-də məlum olub. Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisənin bütün hallarını aydınlaşdırmağa başlayıblar.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155481