Məmur Toplum tv-nin jurnalistinə RÜŞVƏT TƏKLİF ETDİ, sonra onun telefonunu GÖTÜRÜB QAÇIB

2022-06-08 00:01:00

Məmur Toplum tv-nin jurnalistinə RÜŞVƏT TƏKLİF ETDİ, sonra onun telefonunu GÖTÜRÜB QAÇIB

“Toplum TV”nin əməkdaşları Vüsalə Mikayıl və Nuray Kamal Elmlər Akademiyası ərazisində çəkiliş apararkən təzyiqlə üzləşiblər. 

Müxbirlər mağazası sökülən sahibkarın şikayətini işıqlandırarkən özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Vüsal adlı şəxs video çəkilişə mane olub.

Jurnalistlər daha sonra 21 saylı Mənzil Kommunal İstismar İdarəsinə müsahibə üçün dəvət olunublar.

Jurnalist Vüsalə Mikayılın sözlərinə görə, müsahibə baş tutmayıb, onlara şikayəti işıqlandırmamaları üçün rüşvət təklif edilib.

Bundan imtina etdikdə, Vüsal adlı şəxs jurnalistin telefonunu alaraq ərazidən uzaqlaşıb.

Məsələ ilə əlaqadar hüquq mühafizə orqanalarına, 102 Qaynar Xəttinə şikayət ünvanlanıb.

zorakiliq

 

Mənbə: MillətinSəsi.info 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya