Məleykə Əsədova ərə gedir? - ŞOK AÇIQLAMA - VİDEO

2023-01-09 21:53:00

Məleykə Əsədova ərə gedir? - ŞOK AÇIQLAMA - VİDEO

Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində ünvanladığı sualı ilə qonaq olan Xalq artisti Məleykə Əsədovanı əsəbiləşdirib.

Hurriyyet.Az bizim media-ya istinadən xəbər verir ki, aparıcının "Gözəl, cavan və gəncsiniz, Məleykə xanım. Niyə ərə getmirsiniz? Sizi ailə qurmamağınız məni çox narahat edir. İstəmirsiniz ki, sizin yanınızda qayğı göstərən bir bəy olsun?" sualı sənətçini qəzəbləndirib.

"Neçə vaxtdır ki, Elgizi bu sual fikir alıb, götürüb. Deyir ki, necə olacaq bunun sonu. Evdə özüm boyda qızım var. Yenidən ailə həyatı qurmaq haqda isə heç düşünmürəm. Qızım ailə qurandan sonra həyat yoldaşı ilə dünya turuna çıxsa, mən də onlarla birlikdə gedəcəyəm", - deyə Əsədova bildirib.

Məleykənin bu sözlərinə isə onun həmkarı Xalq artisti Naibə Allahverdiyeva "Qadının ailəsi olmayanda o tacsız kraliçaya bənzəyir" deməsinə Elgiz "Bu sözləri Məleykə Əsədovaya atırsan?" ifadəsi ilə aranı qızışdırmaq istəyib.

Allahverdiyevanın "Xeyr, bu sözləri Məleykəyə ünvanlamıram. Məleykə gözəl xanımdır. Yəqin onun da qisməti olacaq" deməsinə Əsədova "Bu yaşdan sonra ailə qurmağı heç istəmirəm. Allah özümə can sağlığı, güc versin. Qız övladı böyüdürəm. Həyat isə çox çətinləşib. İnsanlar çox dəyişib. Nəvələrimə baxıb, qulluq edərəm. Nəvələrim, qızım, kürəkənimlə bayramları qeyd edərəm" cavabını verib.

Qeyd edək ki, Məleykə Əsədovanın Gülər adında bir qız övladı var.


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.625402