Məleykə Abbaszadə: “Günahkar müəllimlərdir”

2022-06-25 14:27:00

Məleykə Abbaszadə: “Günahkar müəllimlərdir”

“Qəbul imtahanlarının sualları çətindirmi?” sualını cavablandıran DİM rəhbəri Məleykə Abbaszadə maraqlı açıqlaması ilə diqqət çəkib. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı İctimai kanala danışan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərin çətin sualları cavablamamasının səbəbini müəllimlərin hazırlıqsız olması ilə əlaqaləndirib:

“Proqramlar hər il öncədən elan olunur. Dövlət tərəfindən təsdiqlənmiş standartlar var, hansı ki, kurikulum standartlarıdır. Hətta bütün standartlara uyğun olaraq yoxlamalar keçirmirik. Həmin standartlardan müəyyən standartlar seçilir və Təhsil Nazirliyi ilə çox ciddi araşdırma, müzakirələr aparırıq. Məsələn, Azərbaycan dilindən verilən standartların təxminən 60 alt standarta görə biz tapşırıqlar hazırlayırıq. Tapşırıqlar çətin olmur. Tam proqrama, standartlara uyğundur. Bu standartlara uyğun məktəbdə təlim prosesi zamanı daxili qiymətləndirməni aparan müəllim bunu həyata keçirirmi? Bu, ayrı sualdır”. 

Bu istiqamətdə Təhsil Nazirliyində çox ciddi işlərin, daxili monitorinqlərin aparıldığını deyən DİM rəhbəri bildirib ki, sözügedən problemin kökünü yuxarı siniflərdə deyil, məhz aşağı siniflərdə axtarmaq lazımdır. Məleykə Abbaszadə müəllimlərin hazırlıqsız olmasını da dilə gətirib: 

“Özləri də görürlər ki, bu proses 9-11- ci sinifdə deyil, 5- ci sinifdən başlayır. Müəllimlər özləri üzərlərində işləməlidirlər”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058634