Mələkxanımın özündən gözəl qızının xoş günü - VİDEO
2023-03-14 19:57:00

Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfovanın 28 yaşı tamam olub.
Hurriyyet.Az big.az-a istinadən bildirir ki, bloqer kimi fəaliyyət göstərən Nəzrin şəxsi "İnstagram" səhifəsində maraqlı doğum günü paylaşımı edib.
Videoda o, gecə saat 12-nin keçməsini gözləyir. 00:00-da isə doğum günü tortunun üzərinə şamları düzüb yandırır, sonra da arzu tutub söndürür.
Paylaşımına Nəzrin bu sözləri əlavə edib:
"Xoş gəldin, 28! Çox uğurlu olacağına inanıram!"
Qeyd edək ki, Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Rəssam Nazim Yunusovun tələbəsidir. Nəzrin həm də modelyerdir. Gənc rəssamın əl işləri Azərbaycanda və xaricdə sərgilənib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya