Saat:04:58
Haqqımızda

Məktəbli ləvazimatı ÇOX BAHADIR: - Qiymətlər AŞAĞI SALINACAQMI?

2022-08-29 16:44:00

Məktəbli ləvazimatı ÇOX BAHADIR: - Qiymətlər AŞAĞI SALINACAQMI?

“Daxili bazarda baş verən qiymət artımı məktəbli ləvazimatlarına kəskin şəkildə təsir göstərir. Xüsusilə də, məktəbli çantalarının, dəftər-qələmin, karandaşların və rəsm albomlarının qiymətində qalxma müşahidə olunur”.

Hurriyyet.az
xəbər verir ki, bu fikri Publika.az-a səsləndirən təhsil eksperti Elşən Qafarov bildirdi ki, hazırda bu sahədə ciddi problem var.

Ekspert düşünür ki, növbəti üç ay müddətində bu sahə əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir:

“Əgər ƏDV götürlərsə, həm vətəndaşların maddi vəziyyətinə ciddi kömək edər, həm də qiymətlər qismən də olsa aşağı düşər. Hazırda, bir şagird üçün məktəb ləvazimatı 150 manata başa gəlir. Məktəbli çantası 30-35 manata, dəftər-qələm, karandaş, rəsm albomu, digər zəruri ləvazimatlar birlikdə 100-120 manata başa gəlir. Bu da ailə büdcəsi üçün ciddi xərcdir”.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu hər il məktəbə yeni qədəm qoyan şagirdlərlə bağlı sosial tədbirlər həyata keçirir:

“Yeni tədris ilində də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub və əsasən dağ kəndlərində yaşayan birinci sinfə gedən şagirdlərə pulsuz məktəbli çantaları paylanacaq”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR