Məktəbli əməliyyatdan sonra vəfat etdi
2024-09-26 13:32:41
Lənkəran məktəblisi vəfat edib.
Hurriyyet.az-ın məlumatına görə, rayonun Separadi kənd məktəbinin şagirdi Sevinc Əzimzadə dünyasını dəyişib.
Şagird məktəbin 4-cü sinfində təhsil alırdı. Onun cərrahi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.
Məlumatı bundan əvvəl "qafqazinfo" yayıb. Bildirilir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb. Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.