Məktəbləri bu dəfə yeni virus bağlayacaq? - AÇIQLAMA

2022-09-01 16:14:00

Məktəbləri bu dəfə yeni virus bağlayacaq? - AÇIQLAMA

Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.

O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır.

"Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır", - deyə mütəxəssis bildirib.

Bu virusun daha çox uşaqlar arasında yayıldığı bildirilir.

Bildiyiniz kimi, yeni tədris ilinin başlamasına sayılı gün qalıb. Virusun daha çox uşaqlar arasında yayılması isə qorxu yaradır.

Maraqlıdır ki, yeni tədris ilinin başlaması ilə xəstəlik daha çox yayıla bilərmi?

Hurriyyet.az-ın məlumatın agörə, cebhe.info-ya açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, bu xəstəlik hər il müşahidə olunur:

"Rotavirus mövsümü xəstəlikdir. Hər il olub, bu il yenə görülür, gələn il də olacaq. Maraqlıdır, Səhiyyə Nazirliyi məlumat niyə indi yayıb? Bu, bir yoluxucu xəstəlikdir. Əsasən, qida və sudan, həmçinin, əlaqə vasitəsilə keçir.

Xəstəlik xüsusən, aşağı yaşlı uşaqlar üçün çox təhlükəlidir. Çünki uşaq orqanizmi qusma və ishalla maye itirir və müdafiə mexanizmi də zəif olduğu üçün su itkisinə dözmürlər. Sonra başqa fəsadlar yaranır. Ona görə də 3 yaşınadək uşaqlarda belə hal müşahidə olunarsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki bu yaşadək uşaqların itirilən mayeni qaytarması çətin proses olduğundan, mütləq tibbi müdaxilə lazımdır. 3 yaşdan böyük uşaqlar isə rəngli olmamaq şərtilə adi su qəbul etməlidirlər. Yəni, böyük uşaqları evdə müalicə etmək asandır".

Pediatrın sözlərinə görə, məktəblərə xəstə uşaqlar buraxılmamalıdır:

"Hər zaman deyirik ki, istənilən yoluxucu xəstəlik yayılanda təmasdan uzaq olmaq, insanların kütləvi toplaşdığı məkanlara (şadlıq sarayları, restoranlar) getməmək, müalicə almaq lazımdır. Xəstə halda məktəbə gedəndə təbii ki, digər uşaqlar arasında da yoluxma yayılacaq. Valideynlərə deyirsən ki, uşağı xəstə halda məktəbə göndərmə. Deyir ki, işə gedirəm, göndərməliyəm. Təkcə valideyni qınamaq istəməzdim, amma bu prosesdə ən birinci məsuliyyət valideyn üzərinə düşür. Həmçinin, baxça və məktəblərdə xəstə uşaqları qəbul edilməməlidir. Yoluxmamaq istəyirsənsə, xəstə ilə əlaqədə olmamalısan. Bunun başqa əlacı yoxdur".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066480