Saat:06:12
Haqqımızda

"Məktəbləri bağlamamalıyıq, başqa yolumuz yoxdur" - AÇIQLAMA

2021-10-27 10:23:00

Demək olar, hər gün ən azı bir məktəb distant təhsilə keçir. Səbəb isə təhsil müəssisələrində yoluxmanın hər gün daha da artmasıdır.

Bəs yoluxmalar daha da artsa, təhsil müəssisələrinin tamamilə distant təhsilə keçmə ehtimalı var?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a danışıb:

"Təəssüflə qeyd etməliyəm ki, virus təbii seçim prosesidir. Yəni koronavirus selektiv təzyiqdir. Bu təzyiqin nəticəsində isə müəyyən qruplar avantajlı, müəyyən qruplar isə dezavantajlıdır. Avantajlı qruplar həyatda qalır, dezavantajlılar isə, təəssüf ki, dünyasını dəyişir. Bizim evdə qalmağımız, universitetləri və orta məktəbləri tamamilə bağlamağımız virusu ortadan qaldırmır. Eyni zamanda, ölkədə bir çox məktəb var ki, onların 30-50 şagirdi var. Həmin müəssisələrdə oxuyan insanların sosial-iqtisadi vəziyyəti mərkəzi zonalara nisbətdə daha aşağı səviyyədədir, internet zəifdir. Ümumi qərar verib bütün məktəbləri bağladığımız zaman təhsilə əlçatanlığı ortadan qaldırmış, ümumiyyətlə, təhsil almağı mümkünsüz hala gətirmiş oluruq. Ona görə, düşünürəm ki, lokal hərəkət etməyə məcburuq, başqa yolu yoxdur. Necə ki, ümumi orqanizmdə hansısa problem olduğu zaman problem olan bölgəni müalicə etməyə çalışırıq, bu vəziyyətdə də belə davranmağa məcburuq. Çünki bu virus evdə oturduqda, iaşə obyektlərini bağladıqda ortadan qalxmır. Gözlənilən odur ki, sadəcə bu virus müəyyən bir zaman keçdikdən sonra mutasiaya uğrayacaq, dəyişim keçirəcək və zəifləyəcək. Ona görə, fikrimcə, bu şəkildə davam edilməlidir. Hansı sinifdə, məktəbdə yoluxma olursa iki həftə bağlanmalıdır. Rusiyanın bir çox fedarasiyasında və Özbəkistanda bu yanaşma tədbiq olunub. Düşünürəm ki, gec də olsa, artıq biz də bu yanaşmanı tədbiq etməliyik. Çünki təhsil müəssisələri, şagird və tələbələrdə çox boşluqlar yaranıb. Beynəlxalq təşkilatların da məsləhəti bu istiqamətdədir ki, şagirdlərin təhsilə əlçatanlığını bu qədər qaldırmaq olmaz".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR