Məktəblərdə qış tətili başlayır - Bu tarixdən...

2023-01-12 20:40:00

Məktəblərdə qış tətili başlayır - Bu tarixdən...

Azərbaycanda məktəblilər 27-31 yanvar tarixlərində qış tətilinə çıxacaqlar.
Hurriyyet.Az xəbər verir ki , bu, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.
Əmrə əsasən, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.
Beləliklə, respublikanın məktəblərində qış tətilindən sonra ilk dərs günü fevralın 1-nə təsadüf edəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161338