Saat:22:02
Haqqımızda

Məktəblərdə KÜTLƏVİ zəhərlənmə: 50-dən ÇOX ŞAGİRD...-bu ölkədə

2025-11-22 19:57:53

Məktəblərdə KÜTLƏVİ zəhərlənmə: 50-dən ÇOX ŞAGİRD...-bu ölkədə

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

Bu barədə Türkiyə mediasına istinadən xəbər veririk.

Bildirilir ki, Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Araşdırmalar başladılıb.

 

\\Ajans.az