Saat:19:31
Haqqımızda

Məktəblər yenidən bağlana bilər - infeksionistdən XƏBƏRDARLIQ

2021-09-30 10:12:00

Məktəblər yenidən bağlana bilər - infeksionistdən XƏBƏRDARLIQ

“Elə etməyin ki, məktəblər bağlansın, uşaqlar geri qalır”

Son günlər ölkəmizdə koronavisa yoluxma sayı aşağı düşsə də, məktəb və universitetlər açıldıqdan sonra statistik göstəricilərin artacağı ilə bağlı narahatlıq var. Belə ki, ötən gündən orta məktəblərin 5-11-ci siniflərində və universitetlərdə əyani tədrisə başlanılsa da, universitetlərin qarşısında izdiham yaşanıb. Ali məktəblərin qarşısında tələbələrin və əməkdaşların COVİD-19 pasportunun yoxlanılması zamanı qapıda sıxlıq yaranıb. Qeyd etmək yerinə düşər ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVİD-19 pasportu, COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələb edilir. Bəs görəsən, bu cür sıxlıq, sosial məsafənin qorunmaması, maskadan istifadə olunmaması yoluxmanın kəskin artmasına səbəb ola bilərmi?

Yeri gəlmişkən, Türkiyənin səhiyyə naziri Fahrettin Hoca deyib ki, bu il məktəbləri açıq saxlamaqda israrlıdırlar: “Aktiv COVİD xəstələrinin orta sayı 400.000 nəfərdir. Onlardan dörddə biri 0-dan 17 yaşa qədər, yəni yüzdə 25-dir. Əvvəllər bu say yüzdə 10-11 idi. Bu, reanimasiya və intubasiya olunmuş xəstələrin sayına təsir etməyib. Narahat edəcək bir şey yoxdur. Yoluxma sayının artması xəstəxanaların yükünün artmasına səbəb olmadı. Bu mənada demək istəyirəm ki, narahat olacaq bir şey yoxdur. Məktəbləri bu il də açıq saxlayacağıq. Əvvəllər də demişdik ki, lazım olsa ən sonuncu məktəbləri bağlayacağıq, indi deyirik ki, heç bağlamayacağıq. Səhiyyə Nazirliyi olaraq, ikili təhsil və ya həftə sonu təhsili də daxil olmaqla, bütün alternativləri sınaqdan keçirməyi düşünürük, ancaq məktəblər, universitetlər kimi açıq qalmalıdır”.

Rusiyanın Volqoqrad vilayətində isə məktəblərin, kollec və universitetlərinin distant təhsilə keçməsi reallığa çevrilə bilər. Rusiya mediası yazır ki, regional səlahiyyətlilər belə bir fürsəti nəzərdən keçirdiklərini təsdiqləyiblər, bu həftənin sonuna qədər bununla bağlı qərar olacaq. Təhsil müəssisələrinin “uzaq məsafəyə” keçidi ilə bağlı müzakirələr Volqoqrad bölgəsi sakinlərinin kifayət qədər vaksinasiya edilməməsi və epidemioloji vəziyyətin getdikcə pisləşməsi ilə əlaqədardır. Mütəxəssislərin fikrincə, gündəlik aşkarlanan yoluxma sayı yüksək səviyyədə qalır, əlavə olaraq ağır halların sayında artım var. Vəziyyət yay tətili və tətildən sonra sosial təmasların artması, sabit kollektiv immunitet yaranması üçün peyvənd səviyyəsinin hələ də qeyri-kafi olması, profilaktik tələblərə tam riayət edilməməsi və yoluxma hallarının mövsümi artımının daha erkən başlaması ilə çətinləşib. Üstəlik, təxminən iki illik fasilədən sonra Rusiyanın bir sıra bölgələrində qripə yoluxmalar da qeydə alınmağa başlayıb.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

Bəs görəsən, Azərbaycanda vəziyyət necə olacaq? Bizimlə söhbətdə  infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, şagirdlərin və tələbələrin bu formada məktəblərin, universitetlərin qarşısında toplanması yoluxma sayını artıracaq: “Üzü payız fəslinə doğru gedirik. Digər respirator xəstəliklər də artacaq, o cümlədən də koronavirus. Xəstəliklər bir-birinə qarışacaq. Təhsil alanlar arasında da koronavirusa yoluxma sayı artacaq. Amma burada bir müsbət olan odur ki, bu şəxslər cavandır, immunitetləri daha yaxşıdır və yanaşı xəstəlikləri yoxdur. Buna görə belə şəxslərdə xəstəlik özünü çox büruzə verməyəcək. Ya simptomsuz, ya da yüngül formada keçirəcəklər. Heç xəstəxanalara da müraciət olunmayacaq. Amma təhsil alanların müəyyən faizində  təbii ki, xəstəxanaya müraciətlər də olacaq, analizlər də veriləcək. Fikrimcə, rəsmi olaraq artım müşahidə ediləcək”.

Vüqar Cavadzadə: Qida toksikoinfeksiyalarında əsasən infeksiya mənbəyi  insandır - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR PORTALI

 Vüqar Cavadzadə 

İnfeksionist Vüqar Cavadzadə də bizimlə söhbətdə bildirib ki,  məktəblərin, universitetlərin açılması yoluxmaların artmasına zəmin yarada bilər: “Məktəb, universitet, bağçaların açılması yoluxma sayının artmasına zəmin yaradacaq. Şagirdlər, tələbələr istər-istəməz metrodan, ictimai nəqliyyatdan istifadə edəcəklər. Ona görə yoluxmaların artması gözləniləndir. Növbəti aylarda artımlar baş verə bilər.  Qaydalara mütləq şəkildə əməl edilməlidir, sosial məsafə saxlanmalıdır, maskalardan mütləq istifadə edilməlidir. Universitetlər açılıb, daha diqqətli olmalıyıq. Qaydalara daha ciddi əməl olunmalıdır.

Pandemiyanın ən böyük ziyanı orta məktəb uşaqlarına dəyir, dərslərdən geri qalırlar. Sinifdən sinfə adlayırlar, amma növbəti siniflərdə ləngiyirlər. Buna görə də uşaqlarımızın yaxşı təhsil alması üçün hər birimiz qaydalara riayət etməliyik ki, yenidən yoluxma çoxalmasın. Eyni zamanda vaksinasiya hər zaman gündəmdə, aktual olmalıdır. 18 yaşdan yuxarı hər kəs vaksinasiyadan keçməlidir. Hətta xəstəliyi keçirən insanlar var ki, onlarda da antitellər yaranmır.  Sağlam şəxslər də vaksinasiya olunur, onlarda antitellərin miqdarı zəif olur. Yaxud da xəstəliyi keçirir sağalır, qanda yaranan antitellər 3-4 aydan sonra itir. Yəni bu o deməkdir ki, o insan təkrar yoluxub xəstələnə bilər. İkinci doza vaksini vurduran üçüncü dozanı da vurdurmalıdır".

COVID-19 bir sıra əsas simptomları dəyişdirib

Xədicət Ömərova 

Yeri gəlmişkən, rusiyalı epidemioloq Xədicət Ömərova deyib ki, koronavirusun simptomları dəyişib, bu səbəbdən insanlar xəstəliyi digər viruslarla səhv sala bilər: “Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlara daha tez-tez rast gəlinir. Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə, mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır".

Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər: “Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Bu da COVİD-19 mutasiyaları ilə əlaqədardır”.

M.Əliyev koronavirusun simptomlarının dəyişməsi ilə bağlı suala da cavab verib: “Onsuz da  koronavirusun əlamətlərinin dəyişdiyini bilirik. Xəstələrdə yanaşı simptomlar, mədə-bağırsaq simptomları, dispektik  əlamətlər müşahidə olunur. Meta-analizin aparılması da çox yaxşıdır,  yəni bu, müşahidə elədiklərimizi təsdiq edir və dəqiqləşdirir. Burada daha çox virus bağırsaqlarda reflikasiya  olduğu üçün ən çox ishal, diareya olur. Bundan sonrakı mərhələdə - ikinci, üçüncü mərhələdə ürəkbulanma, qusma, iştahsızlıq müşahidə edilir. Bizdə də xəstələr arasında bu hallara rast gəlinir. Uşaqlarda isə koronavirus infeksiyas zamanı daha çox ürəkbulanma, qusma müşahidə edilir, böyüklərdə isə ürəkbulanma, qusmaya daha az rast gəlinir”.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin saat 00:00-dək fəaliyyəti bərpa edilir. Bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVİD-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVİD-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR