Məktəbin adındakı biabırçı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

2022-06-15 11:52:00

Məktəbin adındakı biabırçı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

Xəbər verildiyi kimi ötən gün Təhsil naziri Emin Əmrullayevin "Son zəng" tədbirində iştirakı zamanı lentə alınmış foto kəskin tənqid olunub. Görüntülərdə Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli məktəbin adının binanın divarına yanlış yazıldığı əks olunub. 

Sosial şəbəkə istifadəçiləri tədris ocağında belə bir səhvin yolverilməz olduğunu bildiriblər. 

Maraqlıdır, sözügedən yalnışlığın düzəldilməsi üçün aidiyyəti qurumlar tərəfindən addım atılıbmı?  

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında təmir-tikinti idarəsinin Təhsil Nazirliyinin tabeliyində olduğunu bildirib. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə daşın üzərində hərflərin yanaşı göründüyünü əsas gətirib: 

"Bu montaj zamanı olub. Texniki olaraq bunu düzəltmək üçün böyük kampaniyaya ehtiyac yoxdu”, deyə qurum rəsmisi əlavə edib. a


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya