Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidir? - RƏSMİ

2022-08-02 13:47:00

Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidir? - RƏSMİ

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

***

Bəs görəsən həqiqətən də valideynlər hər ay bağçalara pul ödəməlidirlərmi?

Qazet.az bu məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayıb.

Ekspert dövlət bağçalarında aylıq ödənişin nəzərdə tutulmadığını bildirib.

“Bağçalar 2011-ci ildə öklə prezidentinin sərəncamı ilə İcra Hakimiyyətlərinin balansına verildi. Və biz bu 10 il ərzində bağçalarda ciddi problemlər gördük. Uşaqların bağçalara qəbulunda  problemlar var idi. Valideynlər müraciət edəndə yer yoxdu deyilirdi. Ancaq pul verən kimi yerlər açılırdı. İşə qəbul prosesində şəffaflıq təmin edilmirdi, ciddi qüsurlar var idi. Ən əsas problem də dövlər tərəfindən müəyyənləşdirilmiş qida menyusunun tam olaraq uşaqlara çatdırılmaması idi. Qeyd edim ki, hal-hazırda 1693 dövlər uşaq bağçası fəaliyyət göstərir və dövlət hər bir uşaq bağçasında olan uşaq üçün günlük 1,7 manat həcmində menyu müəyyənləşdirir. Bu o deməkdir ki, dövlət uşaq bağçaları tamamilə pulsuzdur, valideynlərdən hər hansısa bir məbləğ tələb edilə bilməz. Dövlət hər bir uşaq üçün tam qida menyusunu göndərir, təlim-tərbiyə prosesində iştirak edən şəxslərin aylıq əmək haqlarını ödəyir. Yəni hər hansısa məbləğin tələb edilməsi əsassızdır. Bu bağçalara nəzarət edən qurumun rüşvət almağından başqa bir şey deyil. Heç bir uşaq bağçası valideynlərdən aylıq pul ala bilməz və almamalıdır. Çünki qidadan tutmuş bütün lazım olan avadanlıqların hər birinə qədər dövlət öz vətəndaşı üçün, öz şağirdi üçün ayırır. Bu pul tələbləri tamamilən əsassız və qanunsuzdur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067523