Məktəbə silahlı hücum - yaralananlar var
2024-04-02 12:22:43
Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Finlandiya məktəblərinin birinə silahlı hücum edilib. Nəticədə 3 uşaq yaralanıb.
Hücum Vantaadakı Viertola məktəbində baş verib. Məktəbdə birinci sinifdən doqquzuncu sinifə qədər təxminən 800 şagird təhsil alır.
Polis şübhəlinin tutulduğunu bildirib.
Məktəbin direktoru Sari Laasila "Röyter" agentliyinə açıqlamasında təhlükəsinin sovuşduğunu söyləsə də, hadisə ilə bağlı əlavə şərh verməyib.
Hürr Tərcüman