Məktəbə hücum: 215 şagird və 12 müəllim qaçırıldı
2025-11-22 09:45:51
Nigeriyada silahlı dəstə üzvləri katolik “Müqəddəs Mariya” məktəbinə hücum edərək 215 şagird və 12 müəllimi qaçırıblar.
Hurriyyet.az xəbər verir ki, məlumatı Nigeriyanın Xristianlar Assosiasiyası yayıb.
Məlumata görə, qaçırılan şagirdlərin bir hissəsi sonradan qaçıb xilas ola bilib.
Hadisənin Nigeriya hökumətinin təhlükəsizlik səbəbilə məktəbin bağlanması ilə bağlı göstərişinə baxmayaraq, “Müqəddəs Mariya” məktəbinin rəhbərliyi tərəfindən bu tələbin yerinə yetirilməməsindən sonra baş verdiyi bildirilir.
Axar.az
