Saat:13:08
Haqqımızda

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq? - RƏSMİ

2021-09-21 12:04:00

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq? - RƏSMİ

Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.

Hurriyyet.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən açıqlamada koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlərin bu barədə iltizam imzalayacaqları bildirilib.

“Eyni zamanda, valideynlər övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcək. Bundan başqa, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək”, məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR