Məktəbdəki qətlin təfərrüatları: TikTok videolarına görə öldürübmüş...

2023-01-07 15:07:00

Məktəbdəki qətlin təfərrüatları: TikTok videolarına görə öldürübmüş...

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatları məlum olub.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı dava və söyüş olub.

Belə ki, R.Süleymanovun çəkdiyi sosial videolara münasibət zamanı tərəflər arasında münaqişə yaranıb. Yaranmış münaqişə zamanı T.Abdullayev kəsici-deşici alətlə qətlə yetirilib.

Qətlə yetirilən Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri kəndində dəfn edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144459