Məktəbdə sağlamlıq imkanları məhdud olan qız zorlanıb?

2022-06-17 23:49:00

Məktəbdə sağlamlıq imkanları məhdud olan qız zorlanıb?

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün fəaliyyət göstərən 3 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan qızın zorlanması iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, məktəbdə zorlanma hadisəsi olub və direktor Bahar Kərimova hadisəni gizlətməyə çalışır.

Hadisə barədə məlumatı polisə övladı zorlanan valideynin rəfiqəsi verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat daxil olub:

“Toplanmış materiallar istintaqın davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zorlanma faktının təsbiti üçün ekspertiza təyin edilib. Rəydən sonra müəyyən olub ki, zorlanma hadisəsi baş verməyib. Toplanmış material üzrə idarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya