Saat:17:32
Haqqımızda

Məktəbdə döyülən uşaqla bağlı araşdırma dayandırılıb? - DİN-dən açıqlama

2022-10-05 12:43:00

Məktəbdə döyülən uşaqla bağlı araşdırma dayandırılıb? - DİN-dən açıqlama

Dünən Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə döyülərək kameraya çəkilən şagirdin atası Namiq Zeynalov Baku TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin gördüyü tədbirlərdən razı qalmadığını bildirib. Namiq Zeynalov deyib ki, polis yalnız videonu yayan qadını saxlayaraq, bu hadisənin niyə ictimailəşdirməsiylə bağlı onu sorğu-sual edib. 

Məsələ ilə əlaqədar Yenisabah.az Daxili İşlər  Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynovla əlaqə saxlayıb.

DİN rəsmisi bunları deyib:

“Dünən Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verib. Biz  araşdırılmaların dayandırıldığını deməmişik. Açıqlamada araşdırmaların davam etdirildiyi bildirilib. Bunun nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. Uşağın valideyni bu cür çıxış etməsi polisin araşdırmaların dayandırması demək deyil”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR