Saat:12:10
Haqqımızda

Məktəbdə daha bir inanılmaz hadisə: Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər - VİDEO

2022-10-05 15:48:00

Məktəbdə daha bir inanılmaz hadisə: Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər - VİDEO

Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.

Hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

yenisabah.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR