Saat:07:16
Haqqımızda

Məktəb direktoru “Hürriyyət”in tənqidinə belə reaksiya verdi... – FOTO

2022-09-26 16:05:00

Məktəb direktoru “Hürriyyət”in tənqidinə belə reaksiya verdi... – FOTO

Gəncə şəhəri, 18 saylı orta məktəbin direktoru Mətanət Rzayeva ilə bağlı Hurriyyet.az saytında məqalə dərc etmişdik. Övladları həmin məktəbdə təhsil alan valideynlər tərəfindən göndərilən şikayət məktubu əsasında dərc olunan yazıda M.Rzayeba barəsində bir sıra ittihamlar isərli sürülmüşdü.

Əldə etdiyimiz məlumata əsasən, bu yazıdan sonra məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinin sosial şəbəkə hesabında özünü müdafiə etməyə çalışıb. Bizim yazımızı “şər və böhtan” adlandıran Mətanət Rzayeva "Utanın cənablar, Utanın" başlığı altında material dərc etdirib.

Xatırladaq ki, Nizami Aydın adına 18 saylı orta məktəbdə baş verənlərlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalmışdı.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR