Meksika körfəzi Amerika körfəzi oldu
2025-02-12 11:32:55

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Google" şirkətindən sonra "Apple" şirkəti də ABŞ-dakı xəritələrində ("Maps" proqramında) Meksika körfəzinin adını dəyişdirib. Şirkət tezliklə bu dəyişikliyi bütün dünya istifadəçiləri üçün həyata keçirməyi planlaşdırır.
"Bloomberg" nəşrinin yazdığına görə, şirkət bu addımı ABŞ Prezidenti Donald Trampın fərmanına uyğun olaraq atıb. Tramp andiçmə mərasimindən az sonra, yanvarın axırında Meksika körfəzinin adını Amerika körfəzinə dəyişmək barəsində qərar imzalayıb.
Hürr Tərcüman
