Saat:11:31
Haqqımızda

“Mehr News” agentliyinin "İranın üzərində həssas olduğu sərhəd" başlıqlı yazısı Bakıya qarşı hədələyici tonu davam etdirir

2022-08-09 15:24:00

“Mehr News” agentliyinin

İranın yarı hökumət “Mehr News” xəbər ajansı "İranın üzərində həssas olduğu sərhəd" başlıqlı məqaləsində işğalçı Ermənistanın tərəfini saxlayan və Azərbaycana qarşı qeyri-obyektiv şəkildə yazır:
“Bakı ilə İrəvan arasındakı münaqişədən 30 il keçir və son vaxtlar bu gərginlik İran və Ermənistan arasında sərhədi müəyyən edən, İslam Cumhuriyyətinin son dərəcə həssas olduğu sərhəd olan Zəngəzur bölgəsi üzərində mübahisəyə qədər uzanıb”.
Agentliyin qərəzli şəkildə hazırladığı “İranın üzərində həssas olduğu sərhəd” adlı infoqrafikada deyilir:
“Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmadan 30 ilə yaxın vaxt keçir və İranın şimal-qərbindəki gərginlik onun Ermənistanla sərhədində təhlükəsizliyin pozulması ilə nəticələnib. İndi isə bu gərginlik “Zəngəzur dəhlizi” üzərində söz haqqı ilə bağlı fikri ayrılıqlarına qədər uzanıb.
Zəngəzur dəhlizi 38 kilometrlik həmin İran-Ermənistan sərhədidir. İranın Ermənistanla olan sərhəd xəttinin kəsilməsi bölgədə ticarət mübadilələrini çətinləşdirəcək. Bu ərazi ilə bağlı qərar qəbul etmək rəsmi İrəvan və Bakının mövzusu deyil.
Həmin qərar birbaşa İrana təsir edib və o, bununla bağlı öz mövqeyini ortaya qoyub. İranın dini rəhbərinin Putinlə görüşdə bu məsələyə toxunması mövzunun əhəmiyyətindən xəbər verir. Əli Xameneyi vurğulayıb ki, İran sözügedən sərhədin bağlanmasına səbəb olacaq siyasətin izlənilməsinə dözməyəcək.
İran-Ermənistan sərhədi ölkənin şimal-qərbindəki münaqişə məsələsi ilə bağlı rəsmi Tehranın qırmızı xətti sayılır. İrəvan və Bakı regionda təhlükəsizliyi bərqərar etməklə bu qarşıdurmaya son qoymalıdırlar”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR