Mehmetçik Kosovaya yollanır

2023-06-03 16:58:00

Mehmetçik Kosovaya yollanır

Türkiyə Silahlı Qüvvələrinin 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti NATO-nun tərkibində Kosovaya yollanır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə Kosovada əlavə olaraq bir komando batalyonu yerləşdiriləcək.

Mehmetçiyin iyunun 5-dək Kosovodakı Sultan Murat kazarmasına köçürülməsi üçün hazırlıqlara başlanıldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Kosovanın şimalında serblərlə NATO bölmələri toqquşma olmuşdu.

AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132529