Məhkəmənin bəraət verdiyi şəxs həbs edildi
2022-07-20 16:48:00
.jpg)
Azərbaycanda məhkəmənin bəraət verdiyi şəxs həbs edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, 10.02.2022-ci il tarixdə Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib.
Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib.
Gəncə Apellyasiya Məhkəməsinin bugünkü (iyulun 20-də) hökmü ilə protest təmin edilib, sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs olunub.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya