Saat:20:06
Haqqımızda

Məhkəmədən Afiyəddin Məmmədov barəsində qərar

2025-04-09 17:36:27

Məhkəmədən Afiyəddin Məmmədov barəsində qərar

İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının xuliqanlıqda ittiham olunan sədri Afiyəddin Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə yekun məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Afiyəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum olunub.

İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159073