Məhkəmədə Bəxtiyar Hacıyev və Ülviyyə Alovlu arasında dava - VİDEO
2021-10-16 16:27:00
Bloger Bəxtiyar Hacıyev və jurnalist Ülviyyə Alovlunun məhkəmə çəkişməsində qalmaqal yaşanıb.
Hurriyyet.az Ölkə.az-a istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı B.Hacıyev Ülviyyə Alovlunun üzərinə gedib və əlindəki kağızı masaya vurub. Daha sonra hər iki tərəf əlləri ilə bir-birini itələyib.
Qeyd edək ki, B.Hacıyev və Ü.Alovlu arasında uzun müddətdir qalmaqal yaşanır. Tərəflər qarşılıqlı olaraq bir-birini ittiham edir.