Məhkəmə “Tərtər işi”nə görə tutulan generalla bağlı qərar verdi

2022-09-02 17:20:00

Məhkəmə “Tərtər işi”nə görə tutulan generalla bağlı qərar verdi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061578