Saat:19:19
Haqqımızda

"Məhkəmə mənim verdiyim sənədləri işin içərisindən çıxarıb, bir neçəsini də saxtalaşdırıb" - ŞOK İDDİA / VİDEO

2024-05-03 14:32:06

Məcburi köçkün Yusifov Rafiq Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

“Mən, Yusifov Rafiq Məhəmməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda müvəqqəti olaraq Abşeron rayonu, Xırdalan şəhərində yaşayıram. Qeyd edim ki, Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi mənim başıma oyun açıb. Məhkəmə mənim verdiyim sənədləri işin içərisindən çıxarıb və bir neçəsini də saxtalaşdırıb.

Məsələ ilə bağlı bir çox dövlət qurumlarına müraciət etmişəm. Lakin mənim adımdan alınan saxta arayışların hansının düzgün olub-olmadığını heç bir qurum təsdiq etmədi.

Cənab Prezident!

Mən Sizdən və Birinci xanımdan kömək istəyirəm. Xahiş edirəm ki, tapşırıq verin, işimə doğru-düzgün baxılsın.

Məhkəmələrdə qanunsuzluq, saxtakarlıq baş alıb gedir. Onlardan yuxarıda bir qurum yoxdur ki, şikayətimizi edək. Mənim adımdan alınmış saxta arayışlar Abşeron rayon İcra Hakimiyyəti və Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılıb və bilinir ki, sənədlər saxtadır. Ancaq bu haqda şikayətimi heç bir qurum qəbul etmir.

"JEK"-dən verilmiş saxta sənədi sübut gətirərək, mənim əleyhimə qərar verirlər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd: Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182800