Saat:03:32
Haqqımızda

Məhkəmə KATV1 ilə bağlı qərar çıxardı

2022-05-23 23:26:00

Məhkəmə KATV1 ilə bağlı qərar çıxardı

Yasamal Rayon Məhkəməsində "AG Telekom" MMC (KATV1) barəsində cərimə protokoluna baxılıb.

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraata xitam verilib.

Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "AG Telekom" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə cərimə protokolu yazılıb. Daha sonra həmin protokoldan məhkəməyə müraciət edilib.

Xatırlatma: “AG Telekom” MMC şirkəti 2005-ci ildə təsis edilib. Elə həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən kabel yayımı üçün KATV1 brendi altında lisenziya verilib. \\Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR