Məhkəmə Əli Kərimli ilə bağlı QƏRAR VERDİ
Bakı Apelliyasiya Məhkəməsində hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apeliyasiya şikayətinə baxılıb.
Hurriyyet.az xəbər verir ki, şikayət təmin edilməyib.
Şikayətdə Ə.Kərimli barədə seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun azadlığa buraxılması istənilmişdi.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.
Yenisabah.az
