Saat:17:39
Haqqımızda

Məhkəmə DYP-nin yazdığı cəriməni ləğv etdi - Polis isə məbləği daha da artırdı

2024-02-13 00:26:17

Məhkəmə DYP-nin yazdığı cəriməni ləğv etdi - Polis isə məbləği daha da artırdı

Dövlət Yol Polisi əməkdaşının paytaxt sakini Sadiq İsrafilova qanunsuz olaraq cərimə yazdığı haqqında xəbər verilib.

"Hurriyyet.Az" "Bakupost.az"-a istinadla  bildirir ki, məsələ ilə əlaqədar Sadiq İsrafilov məhkəməyə müraciət edib.

Məhkəmə şikayətə baxaraq, onu təmin edib və cərimənin ləğvi barədə qərar çıxarıb.

Lakin buna baxmayaraq, məhkəmənin qərarı icra olunmayıb. Belə ki, Sadiq İsrafilovun cəriməsinin üzərinə dəbbə pulu əlavə olunub. Bu azmış kimi, onun avtomobili həbs edilib. Özünə isə sürücülük hüququndan məhrum edilməsi haqda xəbərdarlıq gəlib:

“Ötən il dekabrın 7-də məhkəmənin mənim lehimə çıxardığı qərar 1 ay 6 gün sonra - bu il yanvarın 13-də Bakı şəhər DYP-nin dəftərxanasına daxil oldu. Oradan da İnzibati şöbədə Kənan Müzəffərli adlı bir nəfərə yönləndirildi. Dəfələrlə əlaqə saxlamağa çalışsam da, mümkün olmadı. Bu günə qədər də bir dəyişiklik yoxdur. Bu müddət ərzində həmin qərardan “AsanPay” sistemindən şikayət eləsəm, məhkəmə qərarını onlara göndərsəm də, hələ ki, heç bir nəticə yoxdur. Əksinə “AsanPay” üzərindən mənə maşının həbsi və sürücülük hüququndan məhrum edilməm haqda qərar çıxarıldığı barədə xəbərdarlıq gəldi”.

Şikayətçi məsələ ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib:

“Nazirə ünvanladığım məktubdan sonra DYP-dən dərhal zəng edildi və şikayətin nə yerdə olduğu barəsində məlumat verildi. Məlum oldu ki, məhkəmə qərarından apelyasiya şikayəti verilib.

Ancaq bu zaman da qanunsuzluğa yol verilib. Həmin cərimə üçün dəbbə pulu hesablanıb. Niyə bu cərimə dondurulmayıb? Nəyə görə maşının həbsinə qərar verilib və nəqliyyat vasitəsini idarə etmə hüququm məhdudlaşdırılıb?"

Şikayətçi bildirib ki, mövcud qanunvericiliyə əsasən, hansısa məhkəmə qərarından şikayət varsa, həmin şikayət araşdırılana və məhkəmə yekunlaşana qədər mübahisələndirilən cəriməyə, dəbbə pulu hesablana və çikayətçiyə qarşı hansıda cəza tətbiq edilə bilməz:

"Bunu mənə zəng vuran Ziya adlı şəxsin nəzərinə çatdırdım. O, məsələ ilə bağlı suallarıma cavab vermək səlahiyyətində olmadığını bildirdi".

Sadiq İsrafilov deyir ki, Ziya ona yenidən nazirliyə müraciət etməyi məsələhət görüb:

"Cənab nazir! Hazırda maşını idarə edə, himayəmdə olan yaşlı və xəstə valideynimi həkimə belə apara bilmirəm. Qanunvericiliyə uyğun olaraq, apelyasiya qərarı qüvvəyə minənə qədər tətbiq olunan dəbbə pulu və həbsin qaldırılması üçün göstəriş verməyinizi xahiş edirəm”.

Məsələ ilə bağlı Baş Polis Yol İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR