Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
2022-12-09 17:23:00

İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Hurriyyet.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün tanınmış ictimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham olunur.
axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya