Məhkəmə – Hüquq Şurası qalmaqallı hakimlərlə bağlı qərar verdi - ÖZƏL

2022-04-25 14:38:00

Məhkəmə – Hüquq Şurası qalmaqallı hakimlərlə bağlı qərar verdi - ÖZƏL

Məhkəmə-Hüquq Şurasının sonuncu toplantısında barələrində Ali Məhkəmə tərəfindən xüsusi qəradad çıxarılan Bakı Apellyasiya Məhkəməsinin üç hakimi -Habil Məmmədov, İlqar Murğuzov və  Həsən Əhmədov haqqında işə baxılıb.

Məhkəmə -Hüquq Şurası məhkəmə sistemindən kənarlaşdırılacağı gözlənilən hər üç hakimə yüngül cəza verib.

Belə ki, qərara görə, Habil Məmmədova töhmət, digər iki hakimə isə irad bildirlib.

Mənbəmizin sözlərinə görə, bu işdə prokurorluğun hər üç hakimin müdafiəsi xarakterli məktubunun xüsusi rolu olub.

Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna görə barəsində  Ali Məhkəmə tərəfindən iki dəfə  xüsusi qəradad çıxarılan hakimlər məhkəmə sistemində qala bilməz.

Gununsesi.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya