Saat:13:00
Haqqımızda

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə tədbirlər - FOTO

2024-02-05 13:03:57

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə tədbirlər - FOTO

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə  Astara rayon Heydər Əliyev Mərkəzində “Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur” adlı sərgi və tədbir baş tutub . Mərasimdə Astara şəhər 5 saylı tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.

İştirakçılara mərkəzin baş fond mühafizi Elza Kazımova və bələdçisi Cəmalə Məmmədova tərəfindən Məhəmməd Əmin Rəsulzadə barədə məlumat verilərək bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri  vardır . Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

Daha sonra şagirdləri mövzu ətrafında düşündürən  suallar ətraflı cavablandırılıb. Həmçinin tədbir çərçivəsində “Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda film nümayiş edilib,  mərkəzin Elektron kitabxanasında saxlanılan kitablardan ibarət sərgi də maraqla qarşılanıb.

İstiqlal mücadiləmizin  parlaq siması

Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Leytenant Arif Nuriyev adına şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin  birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında" sərəncamına əsasən  "İstiqlal mücadiləmizin parlaq siması - Məhəmməd Əmin Rəsulzadə" mövzusunda tədbir keçirilib.

Məktəbin direktoru Gültəkin Şıxəliyeva   tədbiri açaraq bildirib ki,  Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşməsi  və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çox əsirlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yerı vardır.  Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı ,  Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbirin gənclər arasında maarifləndirmə işinə töhfə verəcəyini tam əmin ola biləcəyik.

Daha sona  rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva  öz çıxışında  xalqımızın müstəqillik ideyalarının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə ətraflı danışıb.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadə  barədə qısametrajlı film nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılara M. Ə .Rəsulzadənin həyat və fəaliyyətini özündə əks etdirən kitab haqqında məlumat verilib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240616