Mehdiyevin gəlini öz bankına 2 milyon borc verdi

2022-06-22 16:07:00

Mehdiyevin gəlini öz bankına 2 milyon borc verdi

Bank BTB ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.

Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri BTB Kapital İnvestisiya Şirkəti ASC-dir.

"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Qeyd edək ki, HİT.az saytı bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin gəlini olduğunu yazıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya