Medvedev Orbanı təriflədi - Və yenə Ukraynanı təhqir etdi

Rusiyanın sabiq prezidenti, hazırda isə Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev Macarısatanın Baş naziri Viktor Orbanı tərifləyib.
Hurriyyet.az xəbər verir ki, öz sosial şəbəkə səhifəsində paylaşım edən Medvedev Orbanın Ukrayna ilə bağlı son söylədiklərini dəstəkləyib və onun həqiqəti danışdığını bildirib.
Belə ki, Orbanın fikrincə, Qərbin yardımı olmasa, Ukraynanın yaşamaq üçün maliyyə imkanları olmayacaq: “Orban deyib ki, Ukrayna maliyyə baxımından mövcud olmayan ölkədir. ABŞ və Avropanın maliyyələşdirməsi dayanan kimi müharibə bitəcək. Afərin, bir Avropa siyasətçisi üçün dəqiq və cəsarətli deyilib”.
Medvedev yenə Ukraynanın ünvanına təhqirlər yağdırıb və yazıb ki, “Qərbin maliyyə yardımı bitən kimi, Ukraynanın özü də bitəcək”.
O, bildirib ki, Ukrayna heç kimə lazım deyil. Ancaq nədənsə deməyib ki, heç kimə lazım deyilsə, Rusiyanın orada “nə iti azıb”...
Qeyd edək ki, Orban müharibə başlayandan bəri anti-Ukrayna və rusiyapərəst ritorikası ilə seçilib. Bu da Macarıstanın Rusiyadan enerji daşıyıcıları sarıdan asılılığı ilə izah olunur.
O da maraqlıdır ki, mətbuata sızdırılan Pentaqonun son məxfi sənədlərində Macarıstanın Ukraynaya gizli şəkildə silah ötürdüyünə dair iddialar var.
Azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya