Saat:03:30
Haqqımızda

Medvedev NATO-nu təhdid elədi: "Dünyanın axırı demək olacaq"

2024-02-07 13:40:32

Medvedev NATO-nu təhdid elədi:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Teleqram" kanalında NATO ilə müharibə olacağı təqdirdə Rusiyanın "xüsusi başlıqlı" raketlərdən istifadə eləmək məcburiyyətində qalacağını bildirib.
"NATO - nəhəng hərbi blokdur. Alyans ölkələrinin əhalisinin sayı demək olar ki,  bir milyard nəfərdir. Onların ümumi hərbi büdcəsi ilə 1,5 trilyon dollara bərabər ola bilər.
Ona görə də, hərbi potensiallarımızın qeyri-bərabər olması səbəbindən bizim başqa seçimimiz qalmayacaq. Cavab assimetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi üçün xüsusi başlıqlı ballistik və qanadlı raketlərdən ("xüsusi başlıqlı raketlər" deyildikdə nüvə silahı nəzərdə tutulur - TASS)" istifadə ediləcək. Bu, bizim doktrinal hərbi sənədlərimizə əsaslanır və hər kəsə yaxşı bəllidir. Bu, həmin bədnam Apokalipsisdir. Hər şeyin sonu".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192520