Medvedev Gürcüstanla bağlı qərarından danışdı

2023-08-25 14:49:22

Medvedev Gürcüstanla bağlı qərarından danışdı

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın eks-prezidenti, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev separatçı Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliklərinin tanınmasını Qafqazda sülhü təmin edəcək qərar adlandırıb. O, adları çəkilən separatçı qurumların qondarma rəhbərləri Aslan Bjaniya və Alan Qaqlov ilə görüşdə Rusiyanın 15 il əvvəl Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliklərini tanımasını “çətin, lakin Qafqazda sülhü təmin edən qərar” adlandırıb.

Həmin dövrdə Rusiya Prezidenti olmuş D.Medvedev deyib: “Biz mühüm ildönümünün – Rusiyanın Cənubi Osetiya ilə Abxaziya Respublikasının müstəqilliyini tanımasının 15-ci ilinin astanasındayıq. Rusiyanın 2008-ci ildə qəbul elədiyi bu çətin qərar Qafqazda sülhü, respublikaların əhalisinin sağlığını və salamatlığını və bir çox məsələlərin həllini təmin elədi. O zamandan bəri, münasibətlərimiz uğurla inkişaf edir. Bizim müttəfiqlik münaqibətlərimiz var və təbii ki, bu inkişaf hökmən davam edəcək”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153576