Saat:05:03
Haqqımızda

Medvedev : “Krımı Rusiyadan ayırmaq istəsələr”...

2023-03-24 15:24:00

Medvedev : “Krımı Rusiyadan ayırmaq istəsələr”...

Nüvə silahı ilə təhdid etdi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev Ukraynanın işğal edilmiş Krımı geri almaq cəhdlərinin Rusiyanın “istənilən silahdan istifadə edəcəyinə” gətirib çıxaracağını söyləyib. Bu sözləri Medvedev Rusiya jurnalistlərinə müsahibəsində deyib: “Əgər Krımın geri alınması cəhdi ilə bağlı hansısa ciddi hücumlardan söhbət gedərsə,tamamilə aşkardır ki, bu, bütün müdafiə vasitələrinin, o cümlədən, Nüvə doktrinasında (Rusiya Federasiyasının 2020-ci il nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları – red.) Rusiya dövlətçiliyinə qarşı istənilən silahlanma növündən istifadə zamanı nəzərdə tutulmuş vasitələrin tətbiq edilməsinə əsas verəcək”.

Onun sözlərinə görə, “dövlətin bir hissəsini qoparmaq” cəhdi dövlətin özünün mövcudluğuna qəsd edilməsidir. “Ona görə də, özünüz nəticə çıxarın: burada istənilən növ silahdan istifadə edilməsi üçün bütün əsaslar tamamilə aşkardır. İstənilən silahdan. Ümidvaram, okeanın o tayındakı “dostlarımız” bunu başa düşürlər”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR