Saat:21:48
Haqqımızda

"Median pensiya 360 manatdır" - Millət vəkili artımlardan danışdı

2024-02-06 12:46:43

Əmək pensiyaları haqqında” qanunun 29.1 maddəsinin tələblərinə görə, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Həmin qanunun 29.1-1 maddəsinə görə isə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Milli Məclisin üzvü, iqtisadçı Əli Məsimli bildirir ki, keçən ilin sonu və bu ilin əvvəlindən 2024-cü ildə maaşların, pensiyasların və digər sosial ödənişlərin hansı səviyyədə artırılacağı məsələsi əsas müzakirə mövzularından birinə çevrilmişdi. 

Onun sözlərinə görə, həmin gözləntilər kontekstində verilən suallar içərisində əmək pensiyalarının nə qədər artırılacağı sualı xüsusi yer tuturdu: "Müxtəlif proqnozlar verilirdi. Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faiz səviyyəsində indeksləşdiriləcəyini proqnozlaşdırmışdı. Biz də bu məsələ ilə bağlı sualları cavablandıranda bildirmişdik ki, bu il orta aylıq əmək haqqı 50 manat artaraq 980 manata çatdırılması nəzərdə tutulub. Yaşa görə pensiyanın orta aylıq məbləği də 50 manat artırılıb 510 manata çatdırılır. Bununla belə bu il orta əmək haqqının 980 manata çatacağı proqnozlaşdırılsa da, muzdla çalışan 1,7 milyon nəfər işçinin xeyli hissəsi orta əmək haqqndan aşağı, yarıya qədəri isə 500 manat ətrafında olan median əmək haqqı səviyyəsində maaş alır. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin 510 manata çatdırılsa da, median pensiya 360 manatdır. Bu ilin oktyabrına olan rəsmi məlumata görə, orta aylıq əmək haqqı 11 faiz artıb. Deməli ilin sonuna olan rəsmi statistika açılandan sonra pensiyalar hazırda məlum olan həmin 11 faizdən bir qədər artıq səviyyədə indeksləşdiriləcək. Bu il fevralın 5-də sözügedən gözləntilər qarşılığında rəsmi statistika açıqlandı və proqnozlaşdırdığımız kimi, pensiya artımı 11 faizin üstündə oldu".

Millət xatırladıb ki, ölkədə pensiyaçılarının yarıya qədəri 360 manat pensiya alır, artımdan sonra onlar 400 manat təqaüd alacaqlar.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR